satellite   Azerspace-1: 11135 H 30000

Hökumətin iclası zamanı elektrik enerjisinin kəsilməsi Paşinyanı özündən çıxarıb

Hökumətin iclası zamanı elektrik enerjisinin kəsilməsi Paşinyanı özündən çıxarıb

Noyabrın 23-də Ermənistan Nazirlər Kabinetinin iclası zamanı elektrik enerjisi bir neçə saniyəlik kəsilib və bu, Baş nazir Nikol Paşinyanı özündən çıxarıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

N.Paşinyan elektrik enerjisinin verilişi bərpa edildikdən sonra Ermənistanın ərazi administrasiyası naziri Qnel Sanosyana bildirib:

"Mən sizə elə bundan danışırdım”.

Ermənistanın Baş naziri qeyd edib ki, ölkədə elektrik enerjisi keyfiyyətsizdir: “Biz daim elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıq. Amma bu məsələ həllini tapmır. Məgər 10 il ərzində eyni məsələ ilə bağlı tapşırıq vermək olarmı?”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM