satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan XİN: “Rusiya bazasının çıxarılması və ya KTMT-dən çıxmaq məsələsi indi gündəmdə deyil”

Ermənistan XİN: “Rusiya bazasının çıxarılması və ya KTMT-dən çıxmaq məsələsi indi gündəmdə deyil”

“Hazırda Ermənistanın gündəliyinə KTMT-dən çıxmaq və Rusiya bazasının ölkədən çıxarılması məsələsi daxil deyil”.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.

“İndiki mərhələdə bizim gündəliyimizdə belə bir məsələ yoxdur”, - M. Səfəryan bildirib.

O qeyd edib ki, İrəvanla Moskva arasında işgüzar münasibətlər mövcuddur: "Təbii ki, bəzi məsələlərdə fikir ayrılıqları var. Onlara cavab vermək üçün işimizi davam etdiririk".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM