satellite   Azerspace-1: 11135 H 30000

CNN: Bu gün İsrailin HƏMAS-la razılaşmasına əsasən 39 məhbus azad ediləcək

CNN: Bu gün İsrailin HƏMAS-la razılaşmasına əsasən 39 məhbus azad ediləcək

İsrail HƏMAS ilə razılaşma çərçivəsində noyabrın 24-də 39 məhbusu azad edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, azadlığa buraxılan məhkumlar arasında yaşı 18-dən az olan qadınlar və kişilər də olacaq.

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı qısamüddətli atəşkəsdən sonra bərpa olunacaq və İsrail ordusu dərhal intensiv döyüş əməliyyatlarına başlayacaq. O əlavə edib ki, döyüşlər ən azı daha iki ay davam edəcək. Dörd günlük atəşkəs noyabrın 24-ü səhər saatlarında başlayacaq. Bu müddət ərzində 50 israilli girov azad edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM