satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: ABŞ və bəzi müttəfiqlər Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək verir

Hakan Fidan: ABŞ və bəzi müttəfiqlər Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək verir

Türkiyə milli təhlükəsizliyini təhdid edən hər addıma qarşı mübarizə aparacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “Stratcom-2023” adlı toplantıda çıxışı zamanı bildirib.

O qeyd edib ki, başda ABŞ olmaqla, bəzi müttəfiq ölkələr Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək verir.

Türkiyəli nazir həmçinin ölkəsinin Rusiya-Ukrayna müharibəsində uğurlu vasitəçi rolunu vurğulayaraq, Ankaranın bu istiqamətdə lazımi addımlar atmağa hazır olduğunu əlavə edib.

Hakan Fidan onu da qeyd edib ki, İsrail Qəzzada törətdiyi qətliamlarla iki dövlətli sülh prinsipini məhv edir. Nazirin sözlərinə görə, artıq müstəqil Fələstin dövlətinin qurulması bir reallıqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM