satellite   Azerspace-1: 11135 H 30000

Aşqabadda Türkmənistan-Çin hökumətlərarası komitəsinin iclası keçiriləcək

Aşqabadda Türkmənistan-Çin hökumətlərarası komitəsinin iclası keçiriləcək

Noyabrın 29-da Aşqabadda Türkmənistan-Çin hökumətlərarası əməkdaşlıq komitəsinin iclası keçiriləcək.

Naxçıvan televiziyası “Neytral Türkmənistan” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Komitənin növbəti altıncı iclasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır. Onların arasında neft-qaz sektoru, nəqliyyat və logistika, kənd təsərrüfatı, kimya və toxuculuq sənayesi, elm və təhsil, yüksək texnologiyalar, səhiyyə və s. sahələr var. İclasın sonunda protokol imzalanacaq.

Meredov xatırladıb ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Nəşr yazıb ki, Türkmənistan-Çin münasibətlərini yeni perspektivli istiqamətlərdə inkişaf etdirmək üçün müvafiq ikitərəfli saziş əsasında komitə yaradılıb. Onun strukturuna altı ixtisaslaşdırılmış alt komitə daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM