satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu son dörd ayda Suriyada 649 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu son dörd ayda Suriyada 649 terrorçunu zərərsizləşdirib

Bu il avqustun 15-dən noyabrın 23-dək Türkiyə Silahlı Qüvvələri Suriya ərazisindəki antiterror əməliyyatı bölgəsində 606-sı PKK/KCK-PYD/YPG, 43-ü İŞİD üzvü olmaqla ümumilikdə 649 terrorçunu zərərsizləşdirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatına görə, qeyd edilən tarixlər arasında terrorçuların Türkiyənin Suriya ərazisindəki baza ərazilərinə hücum planlaşdırdıqları müəyyən edilib. Həmin dövrdə Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan 1048 immiqrantın qarşısı alınıb. Saxlanılan şəxslərdən 41-nin PKK, beşinin İŞİD, 162-nin isə FETÖ üzvü olduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM