satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə sel və qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə sel və qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub. On yaralı isə paytaxt Ankara, Konya və Giresun şəhərlərindəndirlər. Eyni zamanda diqqətə çatdırılıb ki, Ankarada baş vermiş hadisədə xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərinə şüşə düşüb.

AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM