satellite   Azerspace-1: 11135 H 30000

İraqın şimalında Türkiyə hərbçilərinə hücum olub, ölənlər və yaralananlar var

İraqın şimalında Türkiyə hərbçilərinə hücum olub, ölənlər və yaralananlar var

İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı zonasında – Türkiyə hərbçilərinə hücum nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücum sonucunda silahdaşlarımız baş çavuş Necdet Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündür şəhid olub, iki qəhrəman silahdaşımız yaralanıb və dərhal xəstəxanaya göndəriliblər”, – hərbi qurum açıqlayıb.

Milli Müdafiə Nazirliyi vurğulayıb ki, bölgədə əməliyyat davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM