satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda ildırım vurması nəticəsində azı 20 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 20 nəfər ölüb

Hindistanın qərbindəki Qucarat ştatında son 24 saat ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, buna səbəb qeyri-adi güclü tufanlar olub.

“Ştatın müxtəlif şəhərlərində əlverişsiz hava şəraiti və ildırım çaxması nəticəsində çoxlu sayda insan ölüm xəbəri məni dərindən kədərləndirib. Bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm”, - Hindistanın daxili işlər naziri Amit Şah bildirib.

Qeyd edilib ki, güclü leysan Qucaratın müxtəlif yerlərində əkin sahələrinə ziyan vurub. Hindistan Meteorologiya Departamenti ştatın müxtəlif bölgələrində 16 saat ərzində 50 mm-dən 117 mm-ə qədər yağıntı qeydə alındığı barədə məlumat yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM