satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: ABŞ öz QHT-lərini Mərkəzi Asiyada aktiv şəkildə yeritməyə çalışır

Lavrov: ABŞ öz QHT-lərini Mərkəzi Asiyada aktiv şəkildə yeritməyə çalışır

Qeyri-hökumət təşkilatları (QHT) ideyasını öz təsir alətləri kimi irəli sürən ABŞ onları postsovet məkanında, xüsusən də Mərkəzi Asiyaya fəal şəkildə yeritməyə çalışır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı deyib.

“Birləşmiş Ştatlar minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onlardan yüzlərləsi postsovet məkanında işləyir, xüsusən Ermənistanda, Qırğızıstanda”, - Lavrov xatırladıb.

O qeyd edib ki, bir çox fondlar “Amerika bürokratiyasının bir hissəsi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 90% maliyyələşir və büdcədən pul alırlar”.

“Onların xətti bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir”, - nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM