satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada əlverişsiz hava şəraiti 10 nəfərin ölümünə səbəb olub

Ukraynada əlverişsiz hava şəraiti 10 nəfərin ölümünə səbəb olub

Ukraynada əlverişsiz hava şəraiti səbəbindən 10 nəfər ölüb, daha 23 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "RBC-Ukraina" ölkənin daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

“Əlverişsiz hava şəraiti səbəbindən Odessa, Xarkov, Nikolayev vilayətləri və Kiyevdə 10 nəfər həlak olub. Daha 23 nəfər, eləcə də 2 uşaq xəsarət alıb”, - o bildirib.

Bildirilir ki, əlverişsiz hava şəraiti bir sıra magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına və ya tamamilə bağlanmasına səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM