satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda 3 zabit 44 günlük müharibədə fərariliyə görə həbs edilib

Ermənistanda 3 zabit 44 günlük müharibədə fərariliyə görə həbs edilib

Ermənistanda 3 zabit 44 günlük müharibədə fərarilik ittihamı ilə həbs edilib.

Naxçıvan televiziyası “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, İstintaq Komitəsi tabor komandirinin müavini, mayor A.S, tağım komandirləri olan iki leytenantın həbs edildiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında 44 günlük müharibə zamanı erməni tərəfdən minlərlə fərarinin olduğunu bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM