satellite   Azerspace-1: 11135 H 30000

Europol: Ukraynada haker qrupunun rəhbəri saxlanılıb

Europol: Ukraynada haker qrupunun rəhbəri saxlanılıb

Ukraynada keçirilən reydlər zamanı haker qrupunun rəhbəri olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Avropa İttifaqının Europol polis agentliyinin təhlükəsizlik qüvvələri Ukraynanın qərbində və mərkəzində, o cümlədən paytaxt Kiyevdə 30 ünvanda axtarış aparıb.

Ötən həftə keçirilən reydlər zamanı dörd nəfər saxlanılıb. Onlardan biri haker qrupunun rəhbəri olmaqda şübhəli bilinir. Əməliyyata Almaniya, ABŞ və Ukraynadan olan müstəntiqlər cəlb olunub.

Cinayətkar qruplaşmanın 70-dən çox ölkədəki kompaniyalara haker hücumu təşkil etdiyi və yüz milyonlarla avro mənimsədiyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM