satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

Hazırda Gürcüstan ilə Rusiya arasındakı “Kazbeqi” sərhəd-keçid məntəqəsində 2700 yük və 200-dən çox minik avtomobili dayanıb.

Naxçıvan televiziyası xəbər verir ki, sərhəd-keçid məntəqəsinin bağlanmasına hər iki ölkənin ərazisində güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəb olub.

Dekabrın 7-dən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepandtsminda–Lars avtomobil magistralının Kobi-Qudauri hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Hazırda sərhəd keçid məntəqəsində və yollarda dayanan yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, Mtsxeta-Stepandtsminda-Lars (Yuxarı Lars) yolu Gürcüstan ilə Rusiya arasında yeganə quru yoldur. Bu yol, eyni zamanda, Ermənistanı da Rusiya ilə bağlayan yeganə avtomagistraldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM