satellite   Azerspace-1: 11135 H 30000

Baydenin oğlu külli miqdarda vergidən yayınmaqda ittiham olunur

Baydenin oğlu külli miqdarda vergidən yayınmaqda ittiham olunur

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz bənd üzrə ittiham irəli sürülüb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir.

ABŞ prezidentinin oğlu 2016-2019-cu illərdə 1,4 milyon dollardan çox federal vergini ödəməkdən yayınmaqda, həmçinin qeyri-dəqiq vergi bəyannamələri verməkdə ittiham olunur. Fox News-un məlumatına görə, onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

Hanter Bayden "vergi ödəmək əvəzinə bahalı həyat tərzinə" milyonlarla dollar xərcləməkdə ittiham olunur.

O bundan əvvəl odlu silah sahibi olmaqla bağlı üç cinayətdə ittiham olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM