satellite   Azerspace-1: 11135 H 30000

Argentinada hakim futbolçunu bıçaqlayıb

Argentinada hakim futbolçunu bıçaqlayıb

Argentinalı hakim Remihio Armoa Misiones əyalətində gənclər arasında keçirilən matç zamanı futbolçunu bıçaqlayıb.

 

Naxçıvan televiziyası "Goal.com" nəşrinə istinadən xəbər verir ki, oyunçuların hakimi mühasirəyə almasından sonra dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.

 

İdmançı huşunu itirib və komanda yoldaşları tərəfindən meydandan çıxarılıb. Hazırda yaralının həyati təhlükəsi yoxdur.

 

Referi qaçmağa cəhd etsə də, yerli polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM