satellite   Azerspace-1: 11135 H 30000

KİV: Amerikanın F-16 qırıcısı Sarı dəniz üzərində qəzaya uğrayıb

KİV: Amerikanın F-16 qırıcısı Sarı dəniz üzərində qəzaya uğrayıb

Amerikaya məxsus F-16 qırıcısı Sarı dəniz üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, pilot katapulta vasitəsilə xilas olub.

Hərbçi daha sonra huşunu itirmiş vəziyyətdə tapılıb. “Çosun İlbo” qəzetinin məlumatına görə, pilot sahil mühafizəsi tərəfindən xilas edilib.

Təyyarə Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Çolla-Pukto əyalətindəki Qunsan Hərbi Hava Qüvvələri bazası yaxınlığında təlimlərdə iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM