satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı) PKK terror qruplaşmasının cəbhəxanasının məsul şəxsini zərərsizləşdirib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, Türkiyə kəşfiyyatının İraqın şimalında yerləşən Duhok kəndində keçirdiyi əməliyyat nəticəsində “Ruken Zilan” kod adlı Zeynəb Sevim məhv edilib.

Məlumata görə, o, 2014-cü ildə qruplaşmaya qoşulub. 2016-cı ildə İraqın şimalında Metina, 2017-ci ildə Gara, 2019-cu ildə Avaşində Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı terror aksiyalarının logistik təminatını həyata keçirib.

Onun “Zilan Ruken” kod adlı bacısı Fatma Sevim 2012-ci ildə Tuncelidə zərərsizləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM