satellite   Azerspace-1: 11135 H 30000

Yaşar Gülər Türkiyə ordusunun Suriyadan nə vaxt çıxacağını açıqlayıb

Yaşar Gülər Türkiyə ordusunun Suriyadan nə vaxt çıxacağını açıqlayıb

Milli müdafiə naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin Suriyadan nə vaxt çıxacağını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə NTV telekanalına müsahibəsində danışıb.

Nazir bildirib ki, Türkiyə heç bir ölkənin, o cümlədən Suriyanın ərazi bütövlüyünə göz tikməyib: “Hazırkı rejimin yeni konstitusiyanı qəbul etməsi, seçkilərə getməsi gözlənilir. Bundan sonra ölkədən çıxacağıq”.

Y.Gülər söyləyib ki, Qərb ölkələri terrorçuları dəstəkləyir və onlara helikopterdən istifadəni də öyrədir: “Bütün bunlara baxmayaraq, Türkiyə terrorçularla mübarizəni davam etdirəcək. Terrorçular mağaralarda yaşamağa davam edirlər”.

Nazir Suriya və İraqdakı terrorçuları da təslim olmağa çağırıb.

Y.Gülər vurğulayıb ki, xüsusilə son iki ayda İraqın şimalında təslim olan terrorçuların sayı artıb: “Bu il ərzində 119 terrorçu təslim olub. Bu rəqəmin artacağına inanıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM