satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda güclü zəlzələ baş verib

Əfqanıstanda güclü zəlzələ baş verib

Əfqanıstanın şimal-qərbində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Zəlzələnin episentri Əfqanıstanın Almatı şəhərindən 890 km cənub-qərbdə yerləşib. Zəlzələnin enerji sinfi 11,9, maqnitudası isə 5,7 olub”, - məlumatda deyilir.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığındakı 6,3 bal gücündə zəlzələ nəticəsində 2 mindən çox adam ölüb, on minlərlə insan evsiz qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM