satellite   Azerspace-1: 11135 H 30000

Rusiya-Belarus birgə döyüş hazırlığı mərkəzləri yaradılacaq

Rusiya-Belarus birgə döyüş hazırlığı mərkəzləri yaradılacaq

Rusiya-Belarus birgə döyüş hazırlığı mərkəzləri yaradılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Belarusla birgə döyüş hazırlığı mərkəzlərinin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiyası haqda qanunu imzalayıb.

Qeyd edək ki, sazişdə birgə döyüş hazırlığı mərkəzlərinin vəzifələri müəyyən edilir və bura davamlı birgə təlim proqramları çərçivəsində birgə döyüş hazırlığı, digər döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi, mövcud silahların, hərbi və xüsusi texnikanın döyüş istifadəsi üzrə təcrübə mübadiləsi, tərəflərin silah, hərbi və xüsusi texnika nümunələri ilə işləmək üzrə praktiki bacarıqların öyrədilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, keçən həftə Rusiya Dövlət Duması Belarusla birgə döyüş hazırlığı mərkəzlərinin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM