satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Rusiya və Çini yeni nəqliyyat marşrutu ilə birləşdirəcək

Qazaxıstan Rusiya və Çini yeni nəqliyyat marşrutu ilə birləşdirəcək

Qazaxıstan Rusiya və Çini yeni nəqliyyat marşrutu ilə birləşdirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, marşrutun Semey şəhəri yaxınlığından keçən hissəsində, İrtış çayından gəmilərin üzüb keçə bilməsi üçün bənd tikiləcək, Tuğıl-Mayqapçağay hissəsində Çinlə sərhədə qədər dəmir yolu çəkiləcək.

Karabayev əlavə edib ki, gözlənilən yükdaşıma həcmi 2-2,5 milyon ton təşkil edir.

Bununla yanaşı Atırau çay limanı da modernləşdiriləcək və həmin portun yükdaşıma həcmi 1 milyon tondur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM