satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda mülkilərlə hərbçilər arasında davada zabit ölüb

Ermənistanda mülkilərlə hərbçilər arasında davada zabit ölüb

Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında Müdafiə Nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı “Hraparak” yayıb.

Bildirilib ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, özü ilə gətirdiyi bıçaqla müdafiə nazirliyinin zabitləri - baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarətləri yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Nazirliyin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM