satellite   Azerspace-1: 11135 H 30000

Kolizey yaxınlığında qədim Roma dövrünə aid tikili aşkarlanıb

Kolizey yaxınlığında qədim Roma dövrünə aid tikili aşkarlanıb

İtaliyanın paytaxtı Romanın simvolu sayılan Kolizeyin yaxınlığında qədim Roma dövrünə aid iqamətgah, o cümlədən rustik üslubda mozaika aşkar edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İtaliya Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Palatino təpəsi ilə Roma Forumu arasında yerləşən Kolizey Arxeoloji Parkının ərazisində qədim Roma dövrünə aid şəxsi iqamətgah aşkarlanıb. Tikili eramızdan əvvəl ikinci əsrin ikinci yarısı ilə birinci əsrin sonları arasında ən azı üç mərhələdə inşa edilib. İqamətgah bir atrium, bağça və yeməkxanadan ibarətdir.

İtaliyanın mədəniyyət naziri Gennaro Sanciuliano Romanın mərkəzində əsl “xəzinə” tapıldığını, bunun mühüm elmi dəyəri olan kəşf olduğunu deyib.

Mütəxəssislərin fikrincə, bu tapıntı Roma tarixinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM