satellite   Azerspace-1: 11135 H 30000

Uelsin birinci naziri istefa verib

Uelsin birinci naziri istefa verib

Uelsin birinci naziri Mark Dreykford istefa verdiyini açıqlayıb.

Naxçıvan televiziyası “Financial Times”a istinadən xəbər verir ki, Dreykford açıqlamasında 2024-cü ilin martına qədər Uels hökumətinin başçısı və Uels Leyboristlər Partiyasının lideri kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

Mətbuat konfransında çıxış edən Dreykford hələ 2018-ci ildə seçildiyi zaman vəzifədə beş il keçirməyə qərar verdiyini və qeyd olunan müddətin başa çatmaqda olduğunu bildirib.

Birinci nazir xələfi seçilənə qədər üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirməyə davam edəcəyinə söz verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM