satellite   Azerspace-1: 11135 H 30000

Odessa atəşə tutulub, dağıntılar və xəsarət alanlar var - FOTOLAR

Odessa atəşə tutulub, dağıntılar və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font> Odessa atəşə tutulub, dağıntılar və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font>

Dekabrın 14-nə keçən gecə Odessa vilayəti yenidən atəşə tutulub. Hücum nəticəsində binalara ziyan dəyib, yanğınlar başlayıb, sakinlər, o cümlədən uşaqlar xəsarət alıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Xilasedicilər qeyd ediblər ki, yanğın nəticəsində minik avtomobili və yardımçı tikili yanıb. Yaxınlıqdakı 11 binaya ziyan dəyib.

İlkin məlumata görə, hadisə yerində üçü uşaq olmaqla 11 nəfər xəsarət alıb. Tibb işçilərinin müayinəsindən sonra 3-ü uşaq olmaqla 5 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ərazidə səyyar qazanxana quraşdırılıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətinin psixoloqları zərərçəkənlər və sakinlərlə işləyir, Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və isti paltarların çatdırılması təşkil olunur.

Dövlət Fövqəladə Hallar Xidmətindən 8 texnika və 30 xilasedici cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM