satellite   Azerspace-1: 11135 H 30000

Fransızların 66 faizi hökumət başçısının dəyişməsini istəyir

Fransızların 66 faizi hökumət başçısının dəyişməsini istəyir

Fransızların üçdə ikisi - 66 faizi ölkənin baş naziri Elizabet Bornun dəyişməsini istəyir.

Naxçıvan televiziyası Fransa KİV-lərinə istinadən xəbər verir ki, bunu BVA tədqiqat mərkəzinin sorğusu göstərir.

“Fransızların 66 faizi prezidentin baş naziri əvəz etməsini istəyir (iyun ayı ilə müqayisədə +6 faiz)”, - BVA-nın məlumatında qeyd olunub.

Bildirilib ki, solçu partiyalar arasında 71, “Milli Birlik” Partiyasının tərəfdarları arasında isə baş nazirin dəyişməsini istəyənlər 83 faiz təşkil edib.

Sorğuya əsasən, hazırkı baş nazirin reytinqi 30 (iyun ayı ilə müqayisədə -2 faiz), prezident Emmanuel Makronun reytinqi isə 32 faiz (iyun ayı ilə müqayisədə -2 faiz) təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM