satellite   Azerspace-1: 11135 H 30000

Paşinyanın müavini: "Ermənistan və Azərbaycan tərəfinin növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək"

Paşinyanın müavini: "Ermənistan və Azərbaycan tərəfinin növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək"

Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib ki, sərhədlərin delimitasiyası ilə bağlı Ermənistan və Azərbaycan tərəfinin növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə rusiyalı həmkarı Aleksey Overçukla görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycanla delimitasiya ilə bağlı yeni görüş olmayacaq: “Növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib. Amma iş davam edir”.

“Delimitasiya və demarkasiya illər çəkə bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir”,- o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM