satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb

ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb

ABŞ Konqresi prezidentə qanunvericilərin razılığı olmadan ölkəni Şimali Atlantika Alyansından çıxarmağı qadağan edib.

Naxçıvan televiziyası xəbər verir ki, müvafiq bənd Konqresin hər iki palatası tərəfindən təsdiqlənən 2024-cü maliyyə ili üçün Milli Müdafiə Səlahiyyətləri Aktında yer alıb.

“Bundan sonra prezident ABŞ-ın NATO-da iştirakını dayandıra, müqaviləni denonsasiya edə və ya 1949-cu il aprelin 4-də Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsindən çıxara bilməz. Bunun üçün senatorların üçdə ikisinin dəstəyi və ya Konqresin təsdiqi lazımdır”, - deyə sənəddə bildirilir.

Bir müddət öncə “The New York Times” qəzeti 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ-ın sabiq prezidenti Donald Trampın qələbəsinin ölkənin NATO-dan çıxması ilə nəticələnə biləcəyini yazıb. Belə ki, Birləşmiş Ştatların sabiq lideri ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaq və Rusiya ilə saziş imzalamaq istəyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında baş tutacaq. Həm Cozef Bayden, həm də Donald Tramp dövlət başçısı seçilmək üçün mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM