satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə terrorla əlaqədar 9 nəfər saxlanılıb, 2 şirkətdə araşdırma aparılır

Türkiyədə terrorla əlaqədar 9 nəfər saxlanılıb, 2 şirkətdə araşdırma aparılır

Türkiyənin Mersin və Qaziantep bölgələrində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb, 2 şirkət haqqında məlumatlar aşkarlanıb.

Naxçıvan televiziyası “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə əyalətin Jandarm Komandanlığı açıqlama yayıb.

Komandanlığın açıqlamasına görə, terror təşkilatlarının fəaliyyətlərinin deşifrə edilməsi, maliyyə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində 9 şübhəlinin şəxsiyyəti, pul toplama və təminatla məşğul olan 2 şirkətin məlumatı üzə çıxıb.

Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) şübhəlilər və şirkət haqqında hazırladığı hesabatda təxminən 1 milyon 200 min lirəlik "şübhəli pul köçürməsi"nin həyata keçirildiyi müəyyən edilib.

Bildirilib ki, eyni vaxtda keçirilən əməliyyat zamanı müxtəlif ünvanlardan 604 min 445 lirə ələ keçirilib, bir çox sənəd aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM