Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib

NUHÇIXAN xəbər verir ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikası ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. 

8 mərkəzdə təşkil olunan olimpiadada 800-dən artıq şagird iştirak edib və məktəblilərə qapalı test formatında 30 sual təqdim edilib, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb. 

Qeyd edək ki, bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. 

Olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. 

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM