satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Baş nazir Əli Əsədov Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla “Naxçıvan Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM