Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların VI respublika elmi konfransı keçirilib - FOTOLAR

Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların VI respublika elmi konfransı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların VI respublika elmi konfransı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların VI respublika elmi konfransı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların VI respublika elmi konfransı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların VI respublika elmi konfransı keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda VI respublika elmi konfransı keçirilib. Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd bütövlükdə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən gənc tədqiqatçıları hibrid (əyani və videobağlantı) formatda bir araya gətirmək, onların əldə etdikləri elmi nəticələrinin digər tədqiqatçılarla bölüşməsinə və müzakirə etməsinə, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına şərait yaratmaq, təhsil-tədqiqat-innovasiyaya olan maraqlarını daha da artırmaq olub.

Elmi konfransın plenar iclasında Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qeyd edib ki, doktorantların və gənc tədqiqatçıların VI respublika elmi konfransı gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədi daşıyır. Ölkəmizdə gerçəkləşdirilən elm və təhsil islahatlarının mərkəzində elmi əsaslandırmaların dayandığını söyləyən rektor konfransda aparılacaq müzakirələrin, məqalə və tezislərin elmimizin inkişafına müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, AMEA-nın müxbir üzvi, ARETN Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor Tofiq Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Ləzifə Qasımova, Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru, pedaqoji elmləri doktoru, professor İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, riyaziyyat elmləri doktoru,  professor Yaqub Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, pedaqoji elmləri doktoru, dosent Nailə Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, dosent Akif Əliyev onlayn və əyani formatda çıxış edib, konfransın ali təhsil müəssələrində təhsil alan gənc tədqiqatçılar üçün əhəmiyyətli olduğunu vurğulayıb, konfransın təşkili üçün İnstitut rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

Çıxışlarda bildirilib ki, Azərbaycanda təhsil sahəsində aparılan uğurlu islahatların nəticəsi və dövlət qayğısı sürətlə inkişaf edən təhsilə yeni töhfələr verir. Ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında inkişafda olan kadr potensialı, dövrün tələblərinə operativ cavab vermək imkanı verir. 

Konfrans öz işini 19 bölmə iclasında davam etdirib. Ümumilikdə 15 təhsil və elm müəssəsisindən 40-a yaxın elm xadiminin bölmə rəhbərliyini etdiyi 170-dən artıq doktorant və ya magistrantın məruzəsi dinlənilib. Konfrans iştirakçılarına sertfikat təqdim edilib. 

Plenar iclasın sonunda Naxçıvan Müəllimlər İnstitutunun Elmi katibi Qurban Qurbanlı konfransın aparılacağı on doqquz bölmə haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.
Qeyd edək ki, Konfrans materialları toplu şəklində nəşr ediləcək, institutun saytında yerləşdiriləcəkdir.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM