satellite   Azerspace-1: 11135 H 30000

Builki sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək

Builki sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək

Bu il keçiriləcək sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, prosesə ilkin olaraq ibtidai sinif müəllimlərindən başlanılmışdı: "Bu il isə bütün fənn müəllimləri prosesə cəlb olunub. Həm də nəzərə almaq lazımdır ki, 9 və 11-ci sinif buraxılış məsələsini nəzərə alaraq riyaziyyat və ingilis dili fənləri üzrə müəllimlərin imtahana cəlbi önəmlidir".

N.İsmayılbəyli əlavə edib ki, ötən il uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5 495 nəfər isə ibtidai sinif üzrə təlimlərə cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM