15 sentyabrda başlayan 2023-2024-cü tədris ili 14 iyunda başa çatır.
Elm və Təhsil Nazirliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Naxçıvan televiziyası-a verilən məlumata görə, 2023-2024-cü tədris ilində Naxçıvanda ümumtəhsil məktəbləri və liseylərdən 3500 məktəbli məzun olur ki, onlardan 1640 -ı qızlar, 1860 -ı isə oğlanlardır.
