Nazir: Naxçıvan məktəblərindən çıxarılan vakansiyalara 1700-ə qədər namizəd müraciət edib

Nazir: Naxçıvan məktəblərindən çıxarılan vakansiyalara 1700-ə qədər namizəd müraciət edib

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib. 

Nazir qeyd edib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında ilk dəfə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu başlayıb. Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrindən çıxarılan vakansiyalara 1700-ə qədər namizəd müraciət edib. Namizədlər üçün imtahan prosesinin şəffaf təşkili üçün bütün zəruri işlər görülüb. 

"Biz qısa zamanda ümumtəhsil müəssisələrində vakant yerləri tamamlayıb, elektron portala yükləyəcəyik" deyə nazir əlavə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM