satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə millisinin üzvü "bozqurd" işarəsi göstərməsinin səbəbini açıqlayıb

Türkiyə millisinin üzvü "bozqurd" işarəsi göstərməsinin səbəbini açıqlayıb

Türkiyə yığmasının üzvü Merih Demiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə aydınlıq gətirib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Avstriya yığmasının qapısına vurduğu qolu bu cür qeyd etməsinin səbəbini izah edib:

"Daha əvvəl tribunalarda da belə bir əl hərəkəti görmüşdüm. Türk olmaqdan qürur duyuram və bunu hər dəfə dilimə gətirməkdən çəkinmirəm. Qol sevincini də bu səbəbdən həmin əl işarəsi ilə qeyd etdim. Düşünürəm ki, hər şey normaldır. Azarkeşlərimiz bizimlə fəxr edir. İnşallah, alınsa, yenə bu cür sevinməyə davam edəcəyik".

Qeyd edək ki, UEFA futbolçunun hərəkətinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM