lmaniya Albaniyanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinə dəstəyini davam etdirəcək.
NTV xəbər verir ki, bu barədə Albaniya və Almaniya arasında keçirilən diplomatik məsləhətləşmələrin 6-cı raundunda bildirilib.
Görüşdə Albaniyanın Aİ-yə üzvlük istiqamətində əldə etdiyi irəliləyiş, danışıqlar prosesi, islahatların davam etdirilməsi və ölkənin İttifaqa tamhüquqlu üzvlüyünə hazırlıq məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin siyasi dialoq, iqtisadi və mədəni əlaqələr, NATO çərçivəsində əməkdaşlıq, regional proseslər və beynəlxalq təşkilatlardakı ortaq prioritetlər ətrafında fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Almaniya Albaniyanın Avropaya inteqrasiyasına uzunmüddətli dəstəyini davam etdirəcək. Berlin, həmçinin Qərbi Balkanlarda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsini, regionun Avropa gələcəyinin təmin olunmasını dəstəkləyir.
