satellite   Azerspace-1: 11135 H 30000

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb - FOTOLAR

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb<font color=red> - FOTOLAR</font> Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb<font color=red> - FOTOLAR</font> Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb<font color=red> - FOTOLAR</font> Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb<font color=red> - FOTOLAR</font> Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb<font color=red> - FOTOLAR</font> Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən NTV-yə verilən məlumata görə, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub. Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib. Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb. Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM