satellite   Azerspace-1: 11135 H 30000

Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq

Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq

2027-cı il üzrə dövlət büdcəsinin xərcləri 42,4 milyard manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 696,4 milyon manat çoxdur.

NTV  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 milyard manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Sahil Babayevin sözlərinə görə, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,8 faizi həcmində və ya 8,8 milyard manat məbləğində vəsait nəzərdə tutulur. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748 milyon manat və ya 9,3 faiz çoxdur.

“Dövlətimizin ən önəmli prioritetlərindən biri kimi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin davam etdirilməsi üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulub”, - deyə maliyyə naziri qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM