satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub

Azərbaycanda qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub

2026-cı ilin gözlənilən nəticəsi nəzərə alınmaqla qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2,5 dəfə çox olacaq.

NTV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, cari ilin 10 ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb, onun 61 faizini sənaye məhsulları təşkil edir. Cari ilin nəticələrinə görə qeyri-neft-qaz mal ixracımızın həcmi 4,2 milyard dolları üstələyəcək.

“İxracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılıb. Bu paket çərçivəsində Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır, kredit zəmanətinin limiti 20 faizdən 50 faizə qaldırılıb. Qeyri-neft-qaz özəl sektorunun subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı verilir. 2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.

İxracatçıların nəqliyyat xərclərinin 70 faizədək hissəsi, mikro, kiçik və orta ixracatçıların isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərin bir hissəsi dövlət tərəfindən kompensasiya olunur. Gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərti ilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulub. 2026-cı ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılıb”, - deyə nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM