satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Uzunluğu 303 kilometr olan Baxtı–Ayaqoz dəmir yolu xəttinin tikintisinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

NTV  Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, hazırda torpaq yatağının tökülməsi işlərinin 93 faizi yerinə yetirilib. Tikinti işləri 47 körpüdən 43-də də aparılır.

Layihənin həyata keçirilməsi Qazaxıstanın nəqliyyat-logistika potensialının inkişafı və Çinlə dəmir yolu əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Tikintinin əsas nəticəsi Qazaxıstanla Çin arasında üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsinin açılması olacaq. Yeni marşrut hazırda fəaliyyət göstərən Dostık və Altınkol stansiyalarındakı sərhəd-keçid məntəqələrinin yükünü azaldacaq, yük axınlarının bölüşdürülməsinin səmərəliliyini artıracaq və daşımaların həcmini genişləndirmək üçün əlavə imkanlar yaradacaq.

Yeni dəmir yolu xəttinin illik buraxılış qabiliyyətinin 20 milyon tonadək yük təşkil edəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM