Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb

Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb

Dünya Bankı Zambiyada quraqlığın təsirlərini azaltmaq üçün 207,6 milyon dollar məbləğində qrantı təsdiqləyib.

NUHÇIXAN Reuters agentliyinə istinadla xəbər verir ki, bu maliyyə vəsaiti quraqlıqdan təsirlənən 84 rayonda sosial yardım proqramı çərçivəsində təxminən 1,6 milyon ailəni dəstəkləyəcək.

Zambiyanın maliyyə və milli planlaşdırma naziri Situmbeko Musokovane maliyyələşdirməyə görə Dünya Bankına təşəkkür edərək, bu dəstəyin hökumətin quraqlığa cavab planını tamamlayacağını söyləyib. O bildirib ki, Dünya Bankının ikinci əlavə maliyyələşdirməni təsdiqləməsi mövcud sosial müdafiə proqramlarını gücləndirəcək və daxili resursların məhdud olması fonunda ölkənin üzləşdiyi quraqlığın mənfi təsirlərini yumşaldacaq.

Qeyd edək ki, 2023-2024-cü illərdə əkinçilik mövsümündə yaşanan quraqlıq Zambiyaya böyük ziyan vurub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM