Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub - FOTOLAR

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font>

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə İncəsənət fakültəsi tərəfindən konsert və sərgi təşkil edilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi və Şuşa şəhər ictimaiyyətinin rəsmiləri, Qarabağ Universitetinin müəllim və tələbələri iştirak ediblər.

NUHÇIXAN-ın məlumatına görə, tədbir İncəsənət fakültəsinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsil ocağının bir illik fəaliyyətinə dair xüsusi məqamları qeyd edib. Rektor bu müddət ərzində əldə edilən nailiyyətlərdən danışaraq, Qarabağ Universitetinin yalnız regionda deyil, ümumilikdə, ölkənin təhsil sistemində önəmli rol oynadığını bildirib. O, universitetin yaradılmasının Qarabağ bölgəsinin sosial-iqtisadi, xüsusən də təhsil və mədəniyyət sahəsinin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini və universitetin təhsil, elm və innovasiya sahələrindəki fəaliyyətinin ölkə üçün əhəmiyyətli olduğunu bildirib. Nazir qeyd edib ki, universitetin tədris prosesi beynəlxalq səviyyədə tanınan standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur. E.Əmrullayev Qarabağ Universitetinin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdırıb.

Konsertdə “Cadenza” orkestrinin, İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərən tanınmış incəsənət xadimlərinin və tələbələrin ifasında milli mahnılarımız və görkəmli bəstəkarların əsərləri səsləndirilib.

Sonra İncəsənət fakültəsinin sərgi zalında dekorativ-tətbiqi sənət və dizayn ixtisaslarının müəllimlərinin əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, Qarabağ Universiteti Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM