Püsyan və Azadkənd tam orta məktəblərinə yeni direktorlar təyin olunub

Püsyan və Azadkənd tam orta məktəblərinə  yeni  direktorlar təyin olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi şagird sayı 151-500- dək olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün keçirilən müsabiqədə uğur qazanan namizədlər ümumtəhsil məktəblərinə direktor təyin olunub. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın müvafiq bəndinə uyğun olaraq Nazirliyə tabe şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə vakant direktor vəzifəsi üçün müsabiqə keçirilib.

Müsabiqənin test mərhələsində iştirak edən 22-i namizəddən, 12-si, müsahibə mərhələsində isə 10 namizəddən 4-ü uğur qazanıb.

Uğur qazanan namizədlərdən 2-si Şərur rayon Püsyan və Ordubad rayon Azadkənd tam orta məktəblərinə direktor vəzifəsinə təyin olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM