satellite   Azerspace-1: 11135 H 30000

Bu gün məktəblərdə qış tətili başa çatıb

Bu gün məktəblərdə qış tətili başa çatıb

Beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili bu gün başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.

Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayıb.

Qeyd edək ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günü idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM