satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə  buraxılış imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 11-ci sinfini bitirən şagirdlər üçün buraxılış imtahanı keçirilib. 

Naxçıvan televiziyası xəbər verir ki, imtahan muxtar respublikanın bütün bölgələrini əhatə etməklə 17 binada keçirilib. İmtahanda, ümumilikdə, 3978 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 52 imtahan rəhbəri, 407 nəzarətçi cəlb olunub.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM