satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktor təyinatı olub

Naxçıvanda  təhsil müəssisələrinə müdir və direktor təyinatı olub

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Nazirliyi ilə birgə  ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq  keçirilən Nazirliyin əhatə etdiyi şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor və məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifələrinə işə qəbul üzrə müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər yeni vəzifələrə  təyin  olunublar. 
Belə ki, Seymur Qurban oğlu Xudanov Naxçıvan şəhər 5,  Fərqanə Qərib qızı Əliyeva Naxçıvan şəhər 11 nömrəli tam orta məktəblərə, Musa Sahib oğlu Ağayev isə Babək Rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunublar. 
Həmçinin, Güllü Səyahət qızı Qələndərova Naxçıvan Şəhər 4,  Ləman Ramazan qızı Əsgərli Naxçıvan şəhər 5, Esmira Fuad qızı Məmmədova isə Naxçıvan şəhər 15 nömrəli körpələr evi-uşaq bağçasına  müdir vəzifəsinə təyin olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM