satellite   Azerspace-1: 11135 H 30000

Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib

Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib

Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib.

NTV  xəbər verir ki, bu barədə  Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM