satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib - FOTOLAR

Qarabağ Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Qarabağ Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Qarabağ Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Qarabağ Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Qarabağ Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Qarabağ Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Qarabağ Universitetində Həmkarlar İttifaqı Komitəsinin, Sağlam Həyat Mərkəzinin və Tələbələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Universitetdən NTV-yə bildirilib ki, tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov narkomaniya ilə mübarizənin təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyət daşıdığını qeyd edib. O, gəncləri sağlam düşüncə və təmiz həyat prinsiplərinə sadiq qalmağa çağırıb.

Qarabağ Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elnur Babayev universitetdə tələbələrin sağlam həyat tərzinə təşviq edilməsi istiqamətində görülən tədbirlərdən danışıb. O, bu cür maarifləndirici görüşlərin gənclərdə məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Xankəndi şəhər Polis şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Mirmehdi Seyidov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyat tədbirləri barədə məlumat verib. O, hüquqi məsuliyyət və narkotiklərin insan həyatına vurduğu ağır fəsadlar barədə gənclərə ətraflı məlumat verib.

Qarabağ Universitetinin müəllimi Ramin Allahverdiyev çıxışında narkomaniyanın sosial, psixoloji və tibbi nəticələrini izah edib. O, tələbələri maariflənməyə, zərərli vərdişlərdən uzaq durmağa və ətraflarında pozitiv nümunə yaratmağa səsləyib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM